Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu


Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu

Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

 

Sfera.az  xəbər verir ki, söhbət iki yeniyetməyə qarşı cinsi zorakılıq etməkdə ittiham olunan X.A-dan gedir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.A 19 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.

 

O, intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə təqsirli bilinib. Bu maddələrin sanksiyasının ən yuxarı həddi 20 ildir.

 

Qeyd edək ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.

 

Başına gətirilənlərə dözməyən yeniyetmələrdən biri özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb. Cinayətin üstü elə bu intihardan sonra açılıb.


OXŞAR XƏBƏRLƏR

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...

“Qarabağ” ilk transferini açıqladı

“Qarabağ” yeni mövsüm üçün ilk transferini açıqlayıb.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla anlaşıb.   25 ya...

Ağcabədi sakini Hacıqabulda bıçaqlandı

Hacıqabulda bıçaqlanma olub.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.   Ağcabədi rayon sakini, ...

İran-İsrail gərginliyi Azərbaycanda qızılı bahalaşdıracaq? -AÇIQLAMA

Dünyada baş verən proseslər - xüsusilə geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ABŞ-nin ticarət siyasəti və ABŞ-Çin arasında davam edən tarif mübahisələ...

Al Paçino yeni Papa ilə görüşən ilk aktyor oldu - FOTO

Maserati avtomobil maqnatları haqqında filmin çəkilişləri üçün İtaliyada olan Al Paçino filmin prodüseri ilə birlikdə Papa XIV Leo ilə izləyiciləri qəbul edib. ...