Bank kartlarından yenə pul OĞURLANDI

Bank kartlarından yenə pul OĞURLANDI

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.
 

DİN-dən Sfera.az-a verilən məlumata görə, müraciətdə deyilir:
 

"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.

 

İyunun 16-da bir sıra şəxslərin bank hesablarından 3146, 900, 400, 318, 240, 70 manat və 15 dollar kiber üsulla oğurlanıb.


Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.
 

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin".


OXŞAR XƏBƏRLƏR

Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu

Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.     Sfera.az  xəbər verir ki, söhbət iki yeniyetməyə q...

Röyanın atasının səhhətində problem yarandı - FOTO

Xalq artisti Röya Ayxanın səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb.   Sfera.az xəbər verir ki, müğənninin paytaxtda yerləşən ...

“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit

"Unibank" 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə əməkdaşlarını təbrik edir, onlara fədakar fəa...

Gədəbəy və Lerik Rayonlarına Yeni Prokurorlar Təyin Olundu

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.   Bu barədə Sfera.az-a Baş Pr...

Azərbaycanda 18 yaşlı tələbə vəfat etdi - FOTO

Azərbaycanda 18 yaşlı tələbə dünyasını dəyişib.   Sfera.az "Unikal"a istinadla xəbər verir ki, Əlipaşayev Kənan Kamran oğlu xəstəlikdə...

İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO

İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır. Maraqlıdır ki, bu xəbərlər Türkiyə Prez...