Şabranda usta faciəvi şəkildə öldü

Hadisə
11:02 / 17.06.2025
2840
Şabranda bədbəxt hadisə baş verib.
Sfera.az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Sincanboyad kəndinin ərazisində yerləşən avtomobillərin təmiri sexində qeydə alınıb.
Orada usta işləyən Şabran şəhər sakini, 1971-ci il təvəllüdlü Ədalət Şövlət oğlu Nəcəfov təmirə dayanmış “Mersedes” markalı yük avtomobili ilə divar arasında qalıb və əzilərək ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.