Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO

Hadisə
14:47 / 15.06.2025
4550
Cəlilabadda küləş bağlaması daşıyan yük maşını yanıb. Hadisə Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində baş verib.
Sfera.az xəbər verir ki, Rəfət Yaqubovun idarə etdiyi QAZ-053 markalı yük avtomobili örüş sahəsindən küləş bağlamaları daşıdığı zaman, yük yerində olan ot bağlamaları yolda elektrik xətlərinə toxunub. Nəticədə yanğın başlayıb və alov qısa müddətdə həm avtomobili, həm də üzərindəki yükü tam əhatə edib.
Yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal tibbi yardım üçün xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti tibb müəssisəsində nəzarət altındadır.
Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.