Astarada ər 22 yaşlı arvadını döydü


Astarada ər 22 yaşlı arvadını döydü

Astara rayonunda gənc qadın həyat yoldaşı tərəfindən döyülüb.

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

 

Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

 

Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və vəziyyəti kritikdir.

 

Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.

 

Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova rusiyalı sənətçilərin İrandan təxliyə edilməsində operativ və koordinasiyalı fəaliyyətinə görə Azərbaycan hakimiyyəti...

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 16-sı gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan...

Ərdoğan gün ərzində ikinci dəfə Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son sutka ərzində ikinci dəfə amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.   Sfera.az xəbər...

İranın ümumilikdə 14 nüvə alimi öldürüldü

Cümə günündən bəri İsrailin hücumları nəticəsində azı 14 iranlı nüvə alimi öldürülüb.   Fars körfəzi bölgəsindəki iki mənbənin verdiyi məlumata görə,...

İran İsrailə 50 ballistik raket atdı

İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini dərhal sığınacaqlara getməyə çağırıb. &nbs...

Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəldi

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.   Sfera.az&n...