Talaçaydan sel keçir, digər çaylarda da artım müşahidə olunub

İyunun 15-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində avtomat hidroloji stansiyalardan əldə edilən göstəricilərə görə, bəzi çaylarda sululuqda artım müşahidə olunub.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya xidməti məlumat yayıb.
Yağan intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayında sel keçib.
Böyük Qafqaz bölgəsində yerləşən çaylardan:
Əyriçayda 69 sm,
Katexçayda 24 sm,
Qudiyalçayda 4 sm,
Kiçik Qafqaz bölgəsində isə:
Əsrikçayda 16 sm,
Zəyəmçayda 3 sm,
Quruçayda 5 sm,
Oxçuçay və Bərgüşadçayda isə 2 sm səviyyə artımı qeydə alınıb.
Transsərhəd çay olan Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm yüksəlib, su sərfi isə 132 m³/saniyə təşkil edir ki, bu da normanın 78%-i deməkdir.