Bu dönərxana bağlandı - FOTO

Bu dönərxana bağlandı - FOTO

Naxçıvanda "Alov dönər" dönərxanasının fəaliyyəti yenidən məhdudlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, 23.05.2025-ci il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus "Alov dönər" dönərxanasında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı aşkarlanmış nöqsanlarla bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Sonradan sahibkarın müraciəti əsasında 30.05.2025-ci il tarixdə obyektə yenidən baxış keçirilib, nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyətinə icazə verilib.

 

Lakin, 14.06.2025-ci il tarixdə aparılan monitorinqlər zamanı sözügedən dönərxanada əvvəlki tarixlərdə termiki emala məruz qalmış toyuq əti dönərinin dondurucuda saxlanılaraq satışının həyata keçirilməsi faktı aşkarlanıb. Bu kimi məhsulların insan həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmasını nəzərə alaraq faktla bağlı müvafiq tədbirlər görülüb, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və dönərxananın fəaliyyəti təkrar məhdudlaşdırılıb.

 

Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlahkçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...