Xırdalanda ev yanır - VİDEO

Hadisə
13:07 / 12.06.2025
6305
Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət
Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əraziyə operativ şəkildə müdaxilə olunur və alovun genişlənməsinin qarşısının alınması üçün işlər davam etdirilir.