Lənkəranda avtomobil 8 yaşlı uşağı vurdu

Hadisə
16:16 / 11.06.2025
3561
Lənkəran şəhərində azyaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili 2017-ci il təvəllüdlü, Lənkəran sakini R.Ş.-ni vurub.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxananın aidiyyəti şöbəsində davam etdirilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.