Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR