Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Hadisə
15:19 / 07.06.2025
5887
Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, "Shacman" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.