Həmyaşıdını bıçaqlayan 15 yaşlı oğlan tutuldu

Həmyaşıdını bıçaqlayan 15 yaşlı oğlan tutuldu
Kateqoriya məlum deyil
T

Dünən Gəncədə 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R. İ. saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, ötən gün Gəncədə 15 yaşlı Ümid Əsgərov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

 

İlkin məlumata görə, Ü. Əsgərov dostu tərəfindən bıçaqlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR