Polisdən ƏMƏLİYYAT: 2 kq narkotik müsadirə edildi

Kateqoriya məlum deyil
T
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.






