Qazaxda 4 nəfərin öldüyü yol qəzasının təfərrütaları məlum oldu

Qazaxda 4 nəfərin öldüyü yol qəzasının təfərrütaları məlum oldu

Qazaxda 4 nəfərin həyatını itirdiyi qəzanın bəzi təfərrüatları məlum olub.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı qəza törədən "BMW" markalı avtomobil 1997-ci il təvəllüdlü Ramal Vəliyevə məxsus olub.

 

Hadisədən öncə Ramal Vəliyevlə yanaşı, Rafət Nəsibov şəxsi avtomobilləri ilə Abbasbəyli kəndi gediblər. Onlar restoranların birində yeyib-içdikdən sonra Ramal Vəliyevə aid "BMW" markalı abtomobil ilə Fərəhli kəndinə qayıdıblar.

 

Lakin sonradan Rafət Nəsibovun avtomobilinin Abbasbəyli kəndində undulduğu məlum olub. Həmin maşını gətirmək üçün yenidən geri dönüblər. Hadisə də həmin an baş verib. "BMW" markalı avtomobil idarəetməni itirərək, öncə işıq dirəyinə dəyib, daha sonra isə qarşıdakı mağazaya çırpılıb.

 

Nəticədə maşında olan Ramal Vəliyevlə yanaşı, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər.

 

Qeydə edək ki, ölən şəxslər Fərəhli kənd sakinləridirlər.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...

Ekspertdən xaricdə təhsillə bağlı xəbərdarlıq: "Seçimlərdə diqqətli olun!"

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə t...

İlham Əliyev Ağ Evdə Tramp və Paşinyanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.   Sfera.az xəbər ver...

Deputat olmaq istəyirdi, məhbus oldu...

Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.   Sfera.az bildirir ki, “Qafqazinfo&rdq...