Qazaxda ağır qəza - 4 nəfər öldü

Hadisə
08:54 / 05.06.2025
2603
Qazaxda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)