Xəstə oğlunu axtaran ananı maşın vurub öldürdü


Xəstə oğlunu axtaran ananı maşın vurub öldürdü

Qazaxda ruhi xəstə oğlunu axtaran qadını maşın vurub.

 

Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

 

Qazax rayonunun İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü ruhi xəstə Məqsəd Mustafayev hər gün kənddən rayon mərkəzindəki parklarda gəzməyə gedir, axşamlar isə onu anası Şahlıx Mustafayeva evə qaytarırmış.

 

Növbəti dəfə Ş.Mustafayeva rayon mərkəzinə oğlunun arxasınca gedərkən rayon mərkəzində "Mercedes-Benz" və "Ford Transit" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində "Ford Transit" markalı avtomobilin sürücüsü idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Bu vaxt avtomobil səki ilə hərəkətdə olan piyada Şahlıx Mustafayevanı vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

 

Məhkəmənin hökmü ilə "Ford Transit" markalı avtomobilin sürücüsü üç il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.


OXŞAR XƏBƏRLƏR