Güclü külək Bakıda 16 ağacı aşırdı


Güclü külək Bakıda 16 ağacı aşırdı

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

 

O bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

 

Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

 

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

 

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...

Ekspertdən xaricdə təhsillə bağlı xəbərdarlıq: "Seçimlərdə diqqətli olun!"

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə t...

İlham Əliyev Ağ Evdə Tramp və Paşinyanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.   Sfera.az xəbər ver...

Deputat olmaq istəyirdi, məhbus oldu...

Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.   Sfera.az bildirir ki, “Qafqazinfo&rdq...