Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var -FOTO

Hadisə
23:28 / 02.06.2025
5497
Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Sfera.az-ın məlumatına görə, qəza İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes”, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.(APA)