Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 21 yaşlı M.Həsənov Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Onun barəsindəki işə Abşeron Rayon Məhkəməsində baxılıb.

 

Bildirilib ki, M.Həsənov orta məktəb şagirdi olan 14 yaşlı Gülbəniz (şərti adlı) ilə sosial şəbəkədə tanış olub və onu sevdiyini bildirib. Daha sonra onlar Abşeron rayonu Digah qəsəbəsi yaxınlığındakı qəbiristanlıqda görüşüblər. Burada M.Həsənov Gülbənizə qarşı müxtəlif əxlaqsız hərəkətlər edib.

 

Bundan bir müddət sonra isə M. Həsənov 9-cu sinif şagirdi olan yeniyetmə qızı şantaj etməyə başlayıb. O, görüş vaxtı Gülbənizlə birgə videosunu çəkdiyini və 100 manat verməyəcəyi təqdirdə həmin görüntüləri yayacağını deyib.

 

Çıxılmaz vəziyyətdə qalan qız məsələ barəsində polisə məlumat verib və M.Həsənovla görüş təyin edib. 2024-cü ilin dekabrında baş tutan həmin görüş zamanı M.Həsənov saxlanılıb.

 

Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə M.Həsənova 4 il 3 ay həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...