Gəncədə 24 yaşlı qadını maşın vurdu

Hadisə
17:24 / 02.06.2025
4034
Gəncədə yolu keçmək istəyən 2001- ci il təvəllüdlü Nigar Mehdiyevanı avtomobil vurub.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
24 yaşlı qadın yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.