Həbsxanadakı uçqunda yaralanan məhkum VƏFAT ETDİ

Həbsxanadakı uçqunda yaralanan məhkum VƏFAT ETDİ
Kateqoriya məlum deyil
T

Dünən saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.
 

Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu aldığı xəsarətlərdən iyunun 2-də həyatını itirib.


Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
 

Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR