Maşın işıq dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı

Maşın işıq dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı
Kateqoriya məlum deyil
T

Şabranda avtomobil işıq dirəyinə çırpılıb.

Sfera.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Özbəy Adəm oğlu Əmirhəmzəyev idarə etdiyi Qaz-53 markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Əzim oğlu Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Şahmirzə oğlu Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Hikmət oğlu Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı cinayət işi başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR