Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, qəza nəticəsində ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


Yaralılardan 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR