Biləsuvarda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Hadisə
16:47 / 30.05.2025
1547
Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, əks istiqamətlərdə hərəkət edən Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin xüsusilə ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.