Logo

Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı

Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Sfera.az salamnews-a istinadən xəbər verir ki, bu gün səhər saat 8 radələrində, dərs balamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu onunla eyni sinifdə oxuyan Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova SalamNews-a təsdiq edib. O, bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR