Əmisini öldürdü: ölkədən qaçmaq istəyərkən tutuldu

Hadisə
10:41 / 30.05.2025
1345
Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.
Sfera.az xəbər verir ki, Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
O, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.
Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib.