Sumqayıtda yaşayış evi yandı

Sumqayıtda yaşayış evi yandı

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. 

 

Sfera.az Report-a istinadən bildirir ki, yanğın şəhərin "Yaşıl dərə" yaşayış massivində yerləşən evlərin birində baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

 

Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər aparılır.

 

Hadisənin səbəbi, eləcə də əraziyə və sakinlərə dəyən zərərin həcmi araşdırılır.


OXŞAR XƏBƏRLƏR