Siqaret faciəyə səbəb oldu - Özü öldü, qardaşı yaralandı

Siqaret faciəyə səbəb oldu - Özü öldü, qardaşı yaralandı

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın olub.

 

Belə ki, ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yaranan yanğın partlayışa səbəb olub.

 

Partlayış dalğasının təsirindən evdə yaşayan 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu aldığı yanıq xəsarətlərindən vəfat edib. Onun qardaş 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.

 

Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.

 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Göyərçinlər uçuş zamanı sərnişinlərə “hücum edib” - VİDEO

Təyyarənin salonunda iki göyərçin tapılıb. Bu da uçuşun gecikməsinə səbəb olub. Bəzi sərnişinlər quşu tutmağa çalışıblar. Sfera.az bildirir ki, uçuşdan əvv...

Stüardessa Meqan Marklın təyyarədə yazdığı qeydi paylaşdı

“American Airlines”də işləyən stüardessa Nina Vida, aviaşirkətin kommersiya uçuşundan istifadə etdikdən Meqan Markl təyyarədən endikdən sonra yazdığ...

18-ci əsrdə 69 uşaq dünyaya gətirən qadın: Valentina Vasilyeva

Bir qadının 69 uşaq dünyaya gətirməsi qeyri-mümkün görünə bilər. Lakin bu iddia tarix kitablarında və Ginnesin Rekordlar Kitabında özünə yer tapmağı bacarıb. Üs...

Dünyanın ən ölümcül qidası: Hər il təxminən 200 insanın ölümünə səbəb olur

Tropik bölgələrdə yetişdirilən və kök kimi istehlak edilən nişastalı “Kassava” bitkisi çiy yeyildikdə və ya düzgün emal edilmədikdə müxtəlif sağlaml...

39 yaşlı müğənninin vəziyyəti kritikdir

Süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimalın vəziyyəti kritikdir.   Sfera.az xəbər verir ki,...

İsveçrədə nəhəng buzlaq bütün kəndi dağıtdı

Alp dağlarının Blatten kəndində çox tonluq buzlaq çöküb. Buzlaq çökdükdən sonra İsveçrənin Blatten kəndində yalnız on ev qalıb. Kənd bir həftə əvvəl boşaldılıb...