İsmayıllıda “VAZ-2107” qəza törədib, sürücü ölüb

İsmayıllıda "VAZ-2107" qəza törədib, sürücü ölüb
Kateqoriya məlum deyil
T

İsmayıllıda avtomobil qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir gedən hissəsində dayanan ağır tonnajlı texnikaya çırpılıb.

 

Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR