Bakıda idman meydançasında meyit tapıldı

Bakıda idman meydançasında meyit tapıldı

Paytaxtın Sabunçu rayonunda meyit tapılıb.

 

Sfera.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb.

 

Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR