Tanışına SİM-kart almağa kömək etdi, 200 min borc gəldi - VİDEO


Tanışına SİM-kart almağa kömək etdi, 200 min borc gəldi - VİDEO

Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun tanışına olan inamı onun başına iş açıb. O, sadəcə SİM-kart almağa kömək etdiyi tanışı sayəsində özünün xəbəri olmadan şirkət sahibi olub və nəticədə külli miqdarda borcu yaranıb.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, Kamran Hidayətov adi bir SİM-kartla başına bu cür oyun açılacağını heç vaxt düşünmədiyini bildirib.

 

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür halların sayı son vaxtlar artmaqdadır.

 

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd olunub ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığı üçün məsələ ilə bağlı hər hansı tədbir görülməyib.

 

Vətəndaşın mütləq şəkildə polisə müraciət etməsi tövsiyə olunur.

 


OXŞAR XƏBƏRLƏR