Daha bir məktəbli özünü maşın yoluna atdı - VİDEO

Hadisə
18:00 / 23.05.2025
2148
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.
Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl qeydə alınıb.
Avtobusun önündən qəfil çıxan piyada qaçaraq yolu keçib. Bu vaxt o, hərəkətdə olan avtomobilə çırpılmaqdan son anda yayınıb.
Kadrdan da göründüyü kimi, məktəbli yaxınlaşmaqda olan maşını görür, lakin hərəkətinə davam edərək həm özünü, həm də sürücünü təhlükəyə atır. Üstəlik, yaxınlıqda piyada keçidinin olmasına baxmayaraq o, yolu təyin olunmamış yerdən keçib.
Xoşbəxtlikdən sürücü piyadanı vaxtında görərək sağa manevr edib və baş verəcək qəzadan xilas olub.
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl Xətai rayonunda da baş vermişdi.