Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi


Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi

Masallı rayonunda parkda ucadan söyüş söyən iki qardaş həbs edilib.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev adına parkda baş verib.

 

Masallı rayon sakinləri – 2003-cü il təvəllüdlü Vüsal və onun qardaşı, 2005-ci il təvəllüdlü Vasif (adlar şərti verilib – red.) ictimai yer hesab olunan parkda ucadan söyüş söyüblər.

 

Ərazidə xidmət aparan polis işçiləri onları nizam-intizama dəvət etsələr də, buna əməl etməyiblər, tabesizlik göstəriblər.

 

Bu səbəbdən həmin şəxslər saxlanılıblar.

 

İş üzrə izahat verən Vasif ittiham üzrə özünü təqsirli bilib.

 

Bildirib ki, qardaşı ilə birlikdə məhəllədə olduqları zaman küçədən keçən bir şəxsin onlara çəp baxması səbəbindən mübahisə yaranıb:

 

“Daha sonra ondan ayrıldım və yaxınlıqda yerləşən Heydər Əliyev adına parka getdik. Parka gedəndə qardaşımla öz aramızda həmin şəxs barəsində danışaraq uca səslə onu söydük. Biz söyüş söyə-söyə getdiyimiz zaman polis əməkdaşları yaxınlaşdılar, bizi nizam intizama dəvət etdilər. Əsəbi olduğumuza görə polis əməkdaşlarına aqressiv cavab verdik. Bizi polis şöbəsinə apardılar. Şöbədə olduğumuz zaman səhv etdiyimizi anladıq”.

 

Digər inzibati qaydada həbs edilən Vüsal da özünü təqsirli bilib.

 

Hər iki qardaşın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan ediliblər.

 

Masallı Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün, Vasif isə 8 gün müddətinə inzibati qaydada həbs olunublar.


OXŞAR XƏBƏRLƏR

Altıağacdakı ayılar ölkədən köçürülüb? - RƏSMİ AÇIQLAMA

Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. ...

Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq genişlənir

Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ildə Naxçıvan Sazişi ilə təsis edilmişdir. Təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni...

Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmizdə diplom...

Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu ko...

PA-nın iyun ayında vətəndaş qəbulu CƏDVƏLİ

Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzində iyun ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az xəbər verir ki, qəbula yazılı...

Avropa Siyasi Birliyinin sammiti Bakıda keçiriləcək

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının prezid...