Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı


Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb.

 

Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.

 

Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.

 

Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.

 

Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

 

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə illik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun...

İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi - FOTO

Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.   Sfera.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçıs...

Gəlin qayınanasının qızıllarını oğurlamaq üçün görün nə etdi?

Malayziyada bir qadın qayınanasının zinət əşyalarını oğurlamaq üçün soyğunçuluq edib.   Sfera.az xarici mediaya istinadla bildirir ki, Pahanq əy...

Hava limanında nə baş verib? - Blogerə RƏSMİ CAVAB

Gömrük komitəsi “iconmekh” kimi tanınan bloger Mehin Oktaylının Dövlət Gömrük Komitəsi ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib. ...

Baş nazirdən içkilərlə bağlı - QƏRAR

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətinin müəyyən edilməsi Qaydası təsdiq edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş n...

"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə p...