Şəmkirdə 2 milyonluq yeyinti- Direktor həbs edildi

Şəmkirdə 2 milyonluq yeyinti- Direktor həbs edildi

“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

 

Sfera.az xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

 

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

 

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.  (Qafqazinfo.az)

 

 




OXŞAR XƏBƏRLƏR

Vaşinqton Ziya Məmmədovla Arif Əsgərova qarşı işə son verdi

ABŞ-nin Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı həyata keçirilən korrupsiya istintaqına xitam verib. Sözügedən istintaq çərçivəsi...

Azərbaycan-Macarıstan münasibətləri – qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq - ŞƏRH

Azərbaycan çoxəsrlik zəngin tarixə malik, Avropanın mərkəzində yerləşən, prinsipial və müstəqil siyasət yürüdən, etibarlı strateji tərəfdaşa çevrilmiş Macarısta...

Magistraturada qısaldılmış tədris problem yaradacaq? - AÇIQLAMA

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ötən ay bildirmişdi ki, bəzi ixtisasların tədris müddətlərinin azaldılması müzakirə predmetidir. O qeyd etmişdi ...

"Birbank"ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda...

Pezeşkian ürək əməliyyatı etdi –FOTO

Mayın 21-də Təbrizə səfər edən İran Prezidenti Məsud Pezeşkian şəhərin "Şəhid Mədəni" xəstəxanasında ürək əməliyyatı həyata keçirib.   Sfer...

Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fə...