Bakıda 13 yaşlı qız itkin düşüb


Bakıda 13 yaşlı qız itkin düşüb

Bakıda yeniyetmə qız itkin düşüb.

 

Sfera.az xəbər verir ki, mayın 19-da Binəqədi rayonu Biləcəri qəsəbə sakini R.Mehdiyev bu barədə polisə məlumat verib.

 

O bildirib ki, eyni ünvanda yaşadığı 2012-ci il təvəllüdlü qızı X.Mehdiyeva mayın 18-də evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayaraq itkin düşüb.

 

Müraciətlə əlaqədar polis tərəfindən tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR