Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı


Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.

 

Hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elxan Heydərov (soyadı şərtidir) mübahisə zəminində tanışı Qüdrət Abdullayev və onun qardaşı oğlu İmran Abdullayevi bıçaqlayıb.

 

Hadisə Elxanın keçmiş sevgilisinə görə olub. Belə ki, Elxan əvvəllər münasibətdə olduğu Lalənin yaşadığı binanın qarşısından keçərkən qadının bir maşına minərək getdiyini görüb. O, həmin avtomobili Qüdrətin maşınına bənzədib və zənn edib ki, Lalə Qüdrətlə münasibətdədir. Elxan dərhal Qüdrətə zəng vuraraq harada olduğunu soruşub. Qüdrət isə bildirib ki, Kürdəmir rayonundadır. O, Qüdrətin yalan danışdığını düşünərək ona Şirvan şəhərinə qayıdanda zəng etməsini tapşırıb. Lakin Qüdrət Elxana zəng vurmayıb. Həmin gün axşam Elxan Qüdrətə zəng vuraraq yerini soruşub. Qüdrət isə Şirvan şəhəri ərazisində, qardaşı oğlu İmranın yaşadığı ünvanın yaxınlığındakı evlərdən birində işlədiyini bildirib.

 

Elxan dostu ilə həmin ünvana gələrkən küçədə İmranla rastlaşıb və ondan Qüdrəti soruşub. Elə bu vaxt Qüdrət qonşunun evindən çıxıb onlara tərəf gəlib. Elxan Qüdrəti kənara çəkib ona Laləni hara apardığını soruşub. Qüdrət isə məsələdən xəbərsiz olduğunu bildirib və ona "sən öl, həmin şəxs mən olmamışam" deyib. Qüdrətin yalan danışdığını düşünən Elxan onu yumruqla vurub və Qüdrət yerə yıxılıb. Bu vaxt İmranın onlara tərəf gəldiyini görən Elxan cibindəki bıçaqla hər ikisinə zərbələr endirib.

 

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elxan saxlanılıb və barəsində cinayət işi başlanıb.

 

Məhkəmənin hökmü ilə Elxan Heydərov iki il dörd ay azadlıqdan məhrum edilib.  (Oxu.Az)


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli zərif dizayner paltarında Kann festivalında görünüb - FOTOLAR

49 yaşlı amerikalı aktrisa Ancelina Coli 2025-ci ildə Kann Film Festivalında "Eddinqton" filminin premyerasında eleqant görünüşlə iştirak edib.  ...

Reklam çəkilişlərinə görə Yunanıstan hakimiyyətindən “Adidas”a milyon dollarlıq iddia - VİDEO

Yunanıstan hakimiyyəti məşhur idman malları istehsalçısı “Adidas”ı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə vermək qərarına gəlib. Qeyd...

Mingəçevirdə ağır qəza - Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub. ...

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a E...

Tarixin ən yaxşı şahmatçısı 140 min oyunçuya qarşı oynayır: O, artıq nəticəni proqnozlaşdırıb - FOTO

Şahmat üzrə keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen “təsadüfi şahmat” adlanan formatda 140 min nəfərə qarşı oyun oynayır. Mövcud vəziyyətə əs...

Süni intellekt “Eurovision 2025”in qalib ölkəsini AÇIQLADI

Bu axşam keçiriləcək “Eurovision 2025” finalının qalibini əvvəlcədən proqnozlaşdırmağa çalışan “Eurovoix platforması və “The Model&rdquo...