Evlərdən 14 min manatlıq əşyaları oğurlayaraq satdı

Evlərdən 14 min manatlıq əşyaları oğurlayaraq satdı

Xəzər rayonunda evlərdən 14 min manatlıq məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

 

Sfera.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

 

Onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.

 

Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satdığı məlum olub.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

 

E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

"Birbank Biznes"dən xanım sahibkarlar üçün daha bir fürsət - 15 000 AZN qazanmaq şansı var

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın s...

"İstilik təchizatı özəlləşdirilsin" - Deputatdan TƏKLİF

“Bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur”....

"Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılmalıdır" - Sosioloq

Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Bu təşəbbüs, uşaqların rəqəmsal sağlamlığını qo...

Deputat Elgünün ölümündən danışdı: "Daha çox işləməliyik..."

"Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik".   Sfera.az xəbər verir ki, bunu deputat Naq...

Nazirlər Kabinetinin MM-ə hesabat tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müz...

Mədəni sərvətlərə pasport veriləcək

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan &quo...