Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Ağlasığmaz hadisə

Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Ağlasığmaz hadisə

Goranboy rayonunun Dəyirmanlar kəndində inanılmaz, eyni zamanda faciəvi bir hadisə baş verib. Ailəvi inanc ucbatından sərçə ovuna çıxan kişi ehtiyatsızlıq nəticəsində həyat yoldaşını güllələyib.

 

Sfera.az xəbər verir ki, ailənin əkiz övladları uzun müddətdir səhhət problemi yaşayırmış. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu “təhlükəli müalicə üsulu” faciə ilə nəticələnib.

 

Hadisə zamanı kişi sərçə vurmaq istədiyi anda silahdan açılan atəş həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevaya dəyib. Qadın qarın nahiyəsindən güllə yarası alaraq dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, onun vəziyyəti orta-ağırdır, amma stabildir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, güllə ehtiyatsızlıq nəticəsində atılıb.

 

Bu hadisə sosial mediada da böyük rezonans doğurub.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı açıqladı

Milli Məclisin növbəti iclası 23 mayda keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr...

Həkim və əczaçıların sertifikasiyası üçün yeni prosedurlar müəyyənləşdi

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar icla...

Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Litvanın Baş naziri Gintautas Palukas ilə görüşüb. ...

Bu işçilər sınaq imtahanından keçəcək - Rəsmi

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...

Səhiyyə naziri deputata etiraz etdi:"O, evin mətbəxində əməliyyat olunub"

"Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sə...

Tibb işçilərinin 91 faizi imtahanda uğur qazanıb

"2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasi...