Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi

Hadisə
10:50 / 14.05.2025
3392
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin 4-cü mərtəbəsində baş verib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə olunub.