Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Hadisə
16:11 / 11.05.2025
8915
Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.
Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, "Mersedes" markalı minik avtomobili tırla toqquşub. Qəza magistral yolda nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Faktla bağlı araşdırma başlanıb.