Bakıda 15 yaşlı qıza toy etdilər

Bakıda 15 yaşlı qıza toy etdilər

Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb.

 

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub.

 

Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıblar. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib.

 

Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı atdığını deyib və bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq.

 

Məhkəmədə dindirilən tərəflər bir-birilərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib.

 

Ailələrin ifadəsindən məlum olub ki, evlilik rəsmi olmasa da, tərəflərin razılığı var və indi də bir-birlərindən şikayətçi deyillər.

 

Məhkəmə təqsirləndirilən şəxsdən şikayətin olmamasını, ilk dəfədir cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verib.

 

Burada digər diqqət çəkən məqam isə restoranın azyaşlının evləndirilməsinə necə göz yummasıdır. Restoran əməkdaşları bu barədə polisə məlumat verməyiblər.

 

Cinayətin üstü isə qızın toydan sonra həkimə getməsi ilə açılıb. Həkim onun cinsi münasibətdə olduğu bildikdən sonra polisə məlumat verib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...