Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu

Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu

Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.

 

Sfera.az xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıblar. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.

 

Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.

 

Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də, onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.

 

Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.

 

Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Onu maşından düşürərək döyüblər.

 

Hadisə zamanı Daşqının olduğu maşın nazirliyə məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.

 

İttihama görə, dava zamanı Vüsal cibindən bıçaq çıxararaq Daşqına 14 zərbə endirib.

 

İstintaq orqanı Vüsala qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham irəli sürüb. Qardaşı və atası isə xuliqanlıqda təqsirli bilinib.

 

Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...