Azərbaycanda tələbə faciəli şəkildə öldü

Hadisə
23:20 / 06.05.2025
3823
Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.
Faktla bağlı cinayət işi başlanılıb.