Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Hadisə
17:49 / 05.05.2025
6136
Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, onun həyatı üçün təhlükə yoxdur.