Mingəçevirdə evdə partlayış: xəsarət alan var

Hadisə
10:14 / 05.05.2025
2386
Mingəçevirdə evdə partlayış olub.
Sfera.az xəbər verir ki, hadisə mayın 4-ü şəhərin Məhsəti küçəsində qeydə alınıb.
Belə ki, mənzildə qaz sızması nəticəsində ani partlayış olub.
Hadisə zamanı həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlin yanıq xəsarətlərini alıb.
Partlayış nəticəsində evə ciddi ziyan dəyməyib.