Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş

Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş

Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini, 18 yaşlı Tahirə Hüseynova qeysəriyyə əməliyyatından sonra vəfat edib.

 

Sfera.az den.az-a istinadən xəbər verir ki, T. Hüseynova 2024-cü ilin 6 iyun tarixində, 16 yaşında ailə qurub. 

 

Bu ilin aprelin 18-də hamiləliyinin 38-39-cu həftəsində Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.

 

Aprelin 26-da gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib.

 

Həkimlərin qərarı ilə hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib. 

 

Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.

 

Gənc ana daha sonra aprelin 27-də Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Onun övladının vəziyyəti isə stabil qiymətləndirilir.

 

Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji-anatomik müayinə və məhkəmə tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək.

 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, erkən nikah və azyaşlı ana ilə bağlı araşdırmalar davam edir.

 

 


OXŞAR XƏBƏRLƏR

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...

Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz...