19 yaşlı qızın hamamda meyiti tapıldı

19 yaşlı qızın hamamda meyiti tapıldı
Kateqoriya məlum deyil
T

Bakı şəhəri Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.

 

fera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

 

2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR