Bakı metrosunda “yanğın” - VİDEO


Bakı metrosunda “yanğın” - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC-nin birgə təşkilatçılığı ilə metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

 

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” və “Nizami” stansiyaları arasında 2-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

 

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

 

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası və 63 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

 


OXŞAR XƏBƏRLƏR

Mert Afranı bloka atdı - FOTO

Aktyor Mert Ramazan Demir keçmiş sevgilisi Afra Saraçoğlunu bloka atıb.   Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Mertin səhifəsin...

Fermanı yandırıb azərbaycanlıları qətlə yetirənlərin adları açıqlandı- Siyahı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşı Qriqori İşxanyanın 1991-ci il iyunun 27-28-d...

Aİ missiyasının müşahidəçisi İrəvanda hoteldə ölü tapıldı

Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidəçilərindən birinin İrəvandakı hotellərdən birində meyiti tapılıb.   Sfera.az "News.a...

"Bir də üzünü göstərməyəcəyəm, qısqanmağa başlamışam" - Kamil Zeynallı

Fitnes məşqçisi Kamil Zeynallı "Bir gün" verilişinin qonağı olub.   Sfera.az xəbər verir ki, idmançı qızı barəsində maraqlı açıqlama v...

Bakıda mənzil almaq çətinləşir: Qiymət artımının gözlənilməyən səbəbləri AÇIQLANDI

"Regiondakı digər ölkələrin paytaxtları ilə müqayisədə Bakıda mənzillərin qiyməti daha yüksəkdir. Bunun əsas səbəbi paytaxtımızın biznes mərkəzi olmasıdır&...

Mahir Emrelinin son durumu açıqlandı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.   Sfera.az  xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanı...