Bakıda qadın sürücü qəza törətdi: ölən var


Bakıda qadın sürücü qəza törətdi: <span style="color:#ff0000">ölən var</span>
Kateqoriya məlum deyil02.05.25, 06:063036 👁️
T

Bakıda qadın sürücü qəza törədib.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

 

Bakı şəhər sakini Sevinc Qələndər qızı Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə hərəkətdə olarkən paytaxtın M.Müşfiq və N.Nərimanov küçələrinin kəsişməsindəki piyada zolağı ilə hərəkətdə olan piyada, 1953-cü il təvəllüdlü Abdulbağı Ağarza oğlu Həsənovu vurub.

 

Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...